"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

Hazırda oxunan: "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

640248

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Qonaqcanlı” verilişində deyib. Sənətkar konsert verən bəzi müğənniləri qınayıb:

"Konsertləri bu dəqiqə toy gününə salıblar. Toy müğənniləri artıq böyük səhnələrə ayaq açıblar. Əslində, bizim bəstəkarlar o səhnələrdə deməlidirlər ki, "Gəlin, keçin bizə konsert verin".
 

Baxın da, görün kimlərin konsertləri olur. Biabırçılıq! Toylarda oxuyanlar gündə konsert verirlər. Özü bir dənə konsert verən kimi səhəri dəyişirlər. Üzr istəyirəm ifadəmə görə, insan necə "qudurarmış".


Üzr istəyirəm, bəlkə də bu söz mənim vücuduma yaraşmır. Amma bir dənə konsert verən kimi səhər onların danışıqlarına, hərəkətlərinə baxın. Gördükləri böyüklərə hətta salam da vermirlər, görməzdən gəlirlər. Guya bunlar o səhnəyə çıxdılar, bunlar dəyişdilər. Əslində, onlar səhnəni çirkləndirdilər". (axsam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO