Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hazırda oxunan: Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

631287

Dünən Yaşıl Teatrda müğənni Rəvan Qarayevin ilk solo konserti baş tutub.

Bizim.Media “Yenisabah.az”a istinadən xəbər verir ki, gecənin qonaqları arasında AZAL təyyarəsinin qəzasında həyatını itirən və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Hökumə Əliyevanın anası Kəmalə xanım da olub.
 

Rəvan Qarayev səhnədən Kəmalə xanıma xüsusi salam göndərərək ona böyük hörmət və ehtiramını ifadə edib. Daha sonra sənətçi səhnədən aşağı enərək Kəmalə xanımın yanına gedib, onun əlindən öpüb.


Konsertin ən kövrək məqamlarından biri isə Rəvan Qarayevin Hökumə Əliyevanın hər kəsin yaddaşında qalan “Hər şey yaxşı olacaq” sözlərinə yazdırdığı mahnını səsləndirməsi olub.

Hökumənin anası Kəmalə xanım qızının səsi və xatirəsi ilə bağlı bu duyğulu ifanı dinləyərkən göz yaşlarına hakim ola bilməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO