Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Hazırda oxunan: Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

631088

Məşhur aktyor Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehləri 4: Ultimatum” (“Armour of God IV: Ultimatum”) filminin çəkilişləri Bakıda da aparılır.

Bizim.Media xəbər verir ki, Çin-Qazaxıstan istehsalı olan macəra filminin çəkilişləri 2026-cı ilin iyulunda Qazaxıstanda başlayıb. Avqustun əvvəlindən isə filmin bəzi səhnələri Bakıda lentə alınır.

Bakıda çəkilişlər üçün İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı kimi məkanlardan istifadə olunur.

Filmdə Ceki Çan məşhur “Asiya Şahini” obrazını canlandırır. Süjetə görə, xəzinə ovçusu təhlükəli missiyaya cəlb olunur. O, 20 milyon dollar mükafat vəd edilən “Tumar” adlı qədim artefaktın axtarışına çıxır.
 

Filmin rejissoru aksiyon səhnələrinin quruluşçusu, qazaxıstanlı Robert Kundur. Ekran əsərinin çəkilişlərinə Qazaxıstan aktyorları və kaskadyorları ilə yanaşı, Ceki Çanın kaskadyor komandası da cəlb olunub.


Məlumata görə, Bakıda çəkilişlərin təxminən 10 gün davam etməsi və avqustun 15-də başa çatması planlaşdırılır.

“Tanrının zirehləri 4: Ultimatum” filminin 2027-ci ilin ikinci rübündə ekranlara çıxması planlaşdırılır.

Filmin istehsalını Honq-Konqun Billion Target və Qazaxıstanın Salem Entertainment studiyaları həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO