Deniz Seki xəstəxanaya yerləşdirildi

Deniz Seki xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Deniz Seki xəstəxanaya yerləşdirildi

630408

Türkiyəli müğənni Deniz Seki xəstəxanaya yerləşdirilib.

Bizim.Media  Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi İstanbulda yaşadığı evdə eyvana çıxarkən ayağının sürüşməsi nəticəsində yıxılıb.

Hadisədən sonra Sekinin iş yoldaşı Cemal Günbaş təcili tibbi yardım maşını çağırıb.

Bildirilib ki, xəstəxanaya çatdırılan müğənni müayinələrdən keçirilib.

Məlumata görə, tibbi yoxlamalar zamanı onun omba sümüyünün yaxınlığında sınıq və onurğasında zədələnmə aşkarlanıb.

Qəza nəticəsində xəstəxanaya yerləşdirilən sənətçi əməliyyat olunub.

Deniz Sekinin bir müddət yataq rejimində qalacağı və sağalma prosesində hərəkətlərini məhdudlaşdıracağı qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO