Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ və stilist həyat yoldaşı Başak Dizer ikinci dəfə valideyn olmağa hazırlaşır.
Bizim.Media “Haberler.com”a istinadla xəbər verir ki, 49 yaşlı Başak Dizer artıq 5 aylıq hamilədir.
İlk övladını 45 yaşında dünyaya gətirən stilistin bu dəfə qız anası olacağı bildirilir.
Hələlik Tatlıtuğ və Dizer cütlüyündən rəsmi və geniş bir açıqlama gəlməsə də, bu sürpriz iddia həm sənətçinin pərəstişkarları, həm də Türkiyə mediası tərəfindən böyük sevinclə qarşılanıb.
Aktyorun qız atası olacağını öyrəndikdə böyük xoşbəxtlik yaşadığı vurğulanır.
Qeyd edək ki, cütlüyün dörd yaşlı bir oğul övladı var.
Bizim.Media





























































































