Türkiyənin tanınmış opera ifaçısı və tenor Hakan Aysev uzun müddətdir münasibətdə olduğu Çağrı Özsaatçılar ilə ailə həyatı qurub.
Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, sənətçi bununla da yeddinci dəfə nikah masasına əyləşib.
Sadə mərasimlə keçirilən toydan yayılan görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub. Hakan Aysevin toy ərəfəsində 60 kiloqram arıqlaması isə xüsusi diqqət çəkib.
Cütlüyə sənət cameəsi və izləyiciləri tərəfindən çoxsaylı təbriklər ünvanlanıb.
Qeyd edək ki, sənətçinin sonuncu evliliyi 2020-ci ildə başa çatmışdı.


Bizim.Media



































































































