AYB rəsmisi: “Elza Seyidcahanın yeri səhv düşüb”

AYB rəsmisi: “Elza Seyidcahanın yeri səhv düşüb”

Hazırda oxunan: AYB rəsmisi: “Elza Seyidcahanın yeri səhv düşüb”

621587

“Elza Seyidcahanın yeri və vaxtı səhv düşüb, gərək bir qədər sonra, ya da başqa ölkədə doğulaydı”.

Bizim.Media "ölkə.az"a istinadla xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas, tənqidçi və publisist Əsəd Cahangir deyib.

O, E.Seyidcahanın müdafiəsinə qalxıb:

“Onu qaralayanlar rus rəssamı Oleq Kulikin müxtəlif biennallarda elədiklərini görsələr, nə deyərdilər? Bu, müğənninin qəzetdən don geymək, yaxud heyvanlar qarşısında konsert vermək kimi ekstravaqant performansları sənətdəki təkrarçılığa, əxlaqi impertiv və estetik trafaretlərə qarşı etirazın ifadəsidir. Onun şeirlərinin bədii-estetik dəyərindən danışsam, mübaliğə edərəm.

Amma rus şairəsi Vera Pavlova, yaxud gürcü şairi Şota Yataşvilinin  postmodernist şeirlərinin bədii dəyəri çoxmu yüksəkdir? Onların özəlliyi klassik poetizm deyil, postmodern epatajdadır.

Bu işi vaxtilə daha intellektual və bədii səviyyədə Həmid Herisçi, Murad Köhnəqala yerinə yetirmişdilər. Elza prosesin növbəti dayanacağıdır. Estafetin şairlərdən müğənniyə, kişilərdən qadına keçməsi göstərir ki, proses öz sonuna yaxınlaşır, bostan uralanır”.

Elza Seyidcahanın özünü Füzuli ilə müqayisə etməsi fikrinə Ə.Cahangir belə münasibət bildirib:

“Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO