"Anam yaddaşını itirib, məni belə xatırlamır"

"Anam yaddaşını itirib, məni belə xatırlamır"

Hazırda oxunan: "Anam yaddaşını itirib, məni belə xatırlamır"

619384

Əməkdar artist Mətanət İsgəndərlinin anası Alzheimer xəstəsi olub.
 
Bizim.Media xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində anasının yaddaş problemləri yaşadığını bildirib.

O deyib ki, anası bəzən dünyasını dəyişən oğlunu belə xatırlamır:
 

“Qardaşımı itirəndən sonra anam o qədər fikir etdi ki, yaddaşı gedib. Hərdən yadından çıxır ki, oğlu vəfat edib. Bir tərəfdən sevinirəm, deyirəm, ay Allah, sənə qurban olum. Fikirləşirdim ki, anam bu dərdlə necə yaşayacaq? Allah elə edib ki, yaddaşı pozulub və bunu xatırlamır. Deyir, gülür, yeyir.


Ancaq uşaqlıq və gənclik illərini yaxşı xatırlayır. Bəzən məni də tanımır. İnsanlar paylaşımlarıma baxıb yazırlar ki, niyə elə baxır? Bilmirlər ki, anamın yaddaşı zəifləyib. Məni tanımır, hərdən mənə "ana" deyir. Həm bizi güldürür, həm də ürəyimizi ağrıdır. Allahın işidir". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO