"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

Hazırda oxunan: "3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

619100

"Son 3 ildir səhhətimdə ciddi problemim var idi. Ayağımda və qida borumda problem yarandı. Mədəmdəki axlorhidriya xəstəliyi nevroloji durumla əlaqədar idi".

Bizim.Media bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva aktyor Fərda Xudaverdiyevin yutub layihəsində deyib.

Aktrisa uzun müddətdir səhnədən uzaqlaşmasından söz açıb. O bildirib ki, səhhətində yaranan problemlərə görə aktrisalıqdan uzaqlaşıb:

"Üç dəfə ayağımdan, bir dəfə də mədəmdən əməliyyat olundum. Sonra ayağım yenə sındı, müalicə aldım. Baxdım ki, 3 il keçdi. Sağlamlığımla məşğulam, sənətlə yox. Sənətdə böyüdükcə, hər təklifi qəbul etmirsən. Əvvəl gənc yaşımda təkliflərə üstdən baxırdımsa, indi çox fikir verirdim. İndi təkliflər gəlir, amma ya ssenari yaxşı olmur, ya maddi durum. Pandemiyadan sonra filmlər zəiflədi. İndi kinoteatr da zəifləyib".

Pərvin "Qazancın hardandır" sualına belə cavab verib:

"O vaxt deyirdilər bu qədər pulu hardan alır? Deyirdim ki, açılışlara gedirəm, reklamlarda, seriallarda rol alıram. İnandıra bilmirdim ki, mən özüm qazanıram. İndi blogerlərin etdiyini, o vaxt mən edirdim. Amma indi blogerlərə elə mənfi şərh yazan var? Yoxdur.

Vaxtilə qazancımı düzgün yatırdım. Kreditə girib ev alırdım, yatırım edirdim. Anam deyir necə ağıllı uşaq olmusan? Anam deyirdi, özünü əziyyətə salma. Cavab verirdim ki, onsuz bu pulu paltara verəcəyəm. Həmişə irəlini fikirləşmişəm. Çətin günüm olanda qızılımı satıram. Yaxşı ki, vaxtında kreditə girib bahalı maşın almadım, qızıla yatırım etdim". (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO