Uzun illərdir gözəl sima deyəndə ağla gələn bir neçə məşhur üz var ki, bunların başında da Adriana Lima gəlir. Adriana Lima, Victoria's Secret-in ən uzun müddətli mələyi (1999-2018) kimi tanınan ikonik Braziliya supermodeli və rekordçusudur. O, 12 iyun 1981-ci ildə Braziliyanın Salvador şəhərində anadan olub.
Lima gözəllik sənayesinə təsadüfən daxil olub: o bir rəfiqəsini dəstəkləmək üçün gözəllik müsabiqəsinə gəlib, amma onu görüb dəvət ediblər və orada birinci yeri qazanıb.
1990-cı illərdə Nyu-York şəhərinin Times Meydanında məşhur Vassarette reklamı ilə dünya şöhrəti qazanıb. Adriana Victoria's Secret brendinin rekordçusudur: o, təxminən 20 il "Victoria's Secret mələyi" olub və əfsanəvi şounu beş dəfə (2003, 2007, 2008, 2010 və 2012-ci illərdə) açıb.
Onun ekzotik görünüşü Braziliya, Afrika, İsveçrə və Portuqaliya irsinin qarışığının nəticəsidir. Uşaq ikən çox utancaq olub və katolik məktəbində oxuyub və ciddi şəkildə rahibə olmağı arzulayıb. Supermodel hələ də çox dindardır, bazar günləri müntəzəm olaraq katolik kilsəsinə gedir və moda nümayişlərində həmişə səhnə arxasında Müqəddəs Kitab aparır.
2009-cu ildən 2016-cı ilə qədər o, serbiyalı basketbolçu Marko Yariçlə evli olub, onunla birlikdə Valentina və Sienna adlı qızları var. 2022-ci ildə o, film prodüseri Andre Lemmersdən Cian adlı bir oğlu dünyaya gətirib. Ən gözəl qadın olmasına baxmayaraq Lima da xəyanət edilmiş qadındır.
Şəfiqə Şəfa, Bizim.Media

































































































