Cennifer Lopesin qızı soyadını dəyişdi - FOTO

Cennifer Lopesin qızı soyadını dəyişdi - FOTO

Hazırda oxunan: Cennifer Lopesin qızı soyadını dəyişdi - FOTO

616307

Cennifer Lopesin ailəsində böyük dəyişikliklər baş verir. Onun əvvəllər Emm kimi tanınan 18 yaşlı qızı, görünür, adını dəyişib və kollecdə təhsil almaq üçün Nyu-Yorka köçməyə hazırlaşır.

Bizim.Media "Page Six" nəşrinə istinadən xəbər verir ki, nüfuzlu "Windward" məktəbinin məzunlarının qəbulunu izləyən sosial şəbəkə hesabında bir paylaşım edilib. Həmin paylaşımda yeniyetmə Oskar Munyis (Munyis — Mark Entoninin əsl soyadıdır) adı ilə təqdim olunub.
 

Məlumata görə, Oskar bu payız Nyu-York ştatındakı Sara Lourens Humanitar Kollecində (Sarah Lawrence College) təhsilə başlayacaq və orada teatr, eləcə də vizual sənətləri öyrənməyi planlaşdırır.


Jurnalistlər həmçinin diqqət çəkiblər ki, böyük ehtimalla Oskara məxsus olan profilin təsviri hissəsində artıq yeni ad qeyd olunub və bura "⚣" (kişi homoseksual simvolu) və "⚧️︎" (transgender simvolu) gender işarələri əlavə edilib.

Məzuniyyət ərəfəsində Lopes "Jimmy Kimmel Live!" şousunda etiraf edib ki, əkizlərinin böyüməsi və ailə yuvasını tərk etməsi səbəbindən son iki aydır davamlı olaraq ağlayır:

"Bu haqda danışmayın, yoxsa indicə ağlayacağam. Uşaqlar fərqli kolleclərə gedirlər, lakin mən onların seçimi ilə tamamilə razıyam. Mən sadəcə onların xoşbəxt olmalarını, istədikləri yerdə təhsil almalarını və ürəklərinə yatan işlə məşğul olmalarını istəyirəm".







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO