Aparıcı Cəlalə Nəzərova sosial şəbəkədə restoranla bağlı yaşadığı maraqlı hadisəni izləyiciləri ilə bölüşüb.
Bizim.Media “axşam.az”a istinadla xəbər verir ki, aparıcı yaşadığı binadakı restoranlardan birində sifariş etdikləri kəndsayağı kartofun hesabına əlavə olaraq “yağ pulu” da yazıldığını bildirib. Yəni kartofu qızartdıqları yağın da pulunu müştəridən alıblar.
Aparıcı bunun səbəbini soruşduqda isə ona kartofun “free” qazanında deyil, tavada qızardıldığı cavabı verilib.
C.Nəzərova paylaşımında buna etiraz etdiyini və zarafatla “o zaman tavanın da pulunu əlavə edin” dediyini bildirib. O, restoran əməkdaşlarının sonradan yağın pulunu hesabdan çıxardıqlarını, lakin vəziyyətin daha da gülməli alındığını vurğulayıb.
Aparıcı restoranın adını açıqlamayacağını qeyd edib.

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:41 / 26.05.2026
Restoranda yediyi kartofun yağının pulunu da hesaba yazdılar
Hazırda oxunan: Restoranda yediyi kartofun yağının pulunu da hesaba yazdılar
Hazırda oxunan: Restoranda yediyi kartofun yağının pulunu da hesaba yazdılar
615407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































