İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Hazırda oxunan: İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO
603973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İctimai TV-nin məşhur "Maska" şousunun ilk bölümü yayımlanıb.

Bizim.Media xəbər verir ki, ilk buraxılışda birinci qarşıdurmada "Pişik" və "Dəniz" obrazı yarışıb.

Səsvermə zamanı münsiflərdən çox hissəsi "Pişik" obrazını canlandıran iştirakçının qalmasını istəyib. Tamaşaçıların istəyi ilə ən çox səs "Pişik" toplayıb.

İkinci qarşıdurma "Nərə" və "Dönər" arasında olub. Auditoriyadakıların səsverməsində isə maskasının açılması istənilən obraz "Nərə" olub. "Dönər" növbəti mərhələyə keçib.

Üçüncü qarşıdurmada isə "Səməni" və "Yadplanetli" obrazı yarışıb. Bu qarşıdurmada isə auditoriya "Yadplanetli"nin növbəti mərhələyə keçməsini istəyib.

Münsiflər və tamaşaçılar sona qalan "Dəniz", "Nərə" və "Səməni" obrazı arasından "Səməni" və "Dəniz"i növbəti mərhələyə keçirib.

"Nərə" yarışmanı tərk edib. Obrazı canlandıran məşhur isə müğənni Azad Şabanov olub.

Qeyd edək ki, münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif əyləşib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO