Telli Borçalının adından DƏLƏDUZLUQ: "Aldadıb beh almışdılar..."

Telli Borçalının adından DƏLƏDUZLUQ: "Aldadıb beh almışdılar..."

Hazırda oxunan: Telli Borçalının adından DƏLƏDUZLUQ: "Aldadıb beh almışdılar..."
215426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aşıq Telli Borçalıya qarşı dələduzluq edilib.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, o, bu barədə aparıcı Nanə Ağamalıyevanın “ATV”də yayımlanan verilişində deyib.

“Nə “İnstaqram”ım var, nə də “Feysbuk”um. Heç bir sosial şəbəkələrdə yoxam. Camaat bir-birinə dəydi ki, heç olmasa “Votsap” aç, bəlkə, şeir göndərərik. Sosial şəbəkələrdə nə baş verir, xəbərim belə yoxdur. Mənim adımdan sosial şəbəkələrdə istifadə edilir. Yazırlar ki, “Tellinin şəxsi səhifəsi”. Sən kimsən axı? Hətta həmin şəxsə səs yazısı da göndərmişik. Cavab verməyib. Deyirlər ki, Telli, sənə “İnstaqram”da yazmışdıq. Deyirəm, nə “İnstaqram”, nə “Tik Tok”? Bir nəfər hətta ağladı. Ona deyiblər ki, Tellinin prodüseriyəm, toy üçün beh alıblar. Adam da mənə deyir ki, səni ayın 9-u toya dəvət etmişik. Mən də deyirəm ki, həmin vaxt Goranboyda toydayam. Dedi ki, onunla danışan şəxsin nömrəsi də yoxdur, hamısını bağlayıb. Demişəm, bununla məşğul olacaqlar”, - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO