Rəhman Rəhmanov: “Serialdan qazandığım pulla evimdən baha avtomobil aldım” - VİDEO  

Rəhman Rəhmanov: “Serialdan qazandığım pulla evimdən baha avtomobil aldım” - VİDEO  

Hazırda oxunan: Rəhman Rəhmanov: “Serialdan qazandığım pulla evimdən baha avtomobil aldım” - VİDEO  
189568
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində bildirib ki, illər əvvəl çəkildiyi 50 bölümlük serialdan aldığı qonorarla evindən baha avtomobil alıb. 

“Mən bir dəfə yaxşı pul qazanmışam. Günlərin bir günü türk rejissor Bakıya gəldi. O burada 50 bölümdən ibarət serial çəkirdi.

Mənə baş rolu verdi. Bunun müqabilində mənə yaxşı qonorar verdi. O pula isə mən özümə bahalı və gözəl avtomobil aldım. O avtomobil evimdən də baha idi. O maşını biraz sürdüm. Sonra pulum olmadı, satdım və evə xərclədim”, - deyə R.Rəhmanov vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO