“Elit star” Cəmilə ilə Elşad Qarayev arasında efirdə ÇAXNAŞMA – VİDEO 

Hazırda oxunan: “Elit star” Cəmilə ilə Elşad Qarayev arasında efirdə ÇAXNAŞMA – VİDEO 

188391

“Elit star” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilə həmkarı Elşad Qarayev arasında efirdə gərginlik yaşanıb. 

Bizim.Media xəbər verir ki, hadisə tərəflərin qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində olub. 

Cəmilənin “Elşad, 30 il ərzində iki mahnı oxuyub, dayanmısan. İki dənə mahnı bu illər ərzində çox azdır” sözləri Elşadı özündən çıxarıb.

Qarayev İsgəndərovaya cavab olaraq “Sən yatmısan. Oxuduğum mahnılara qulaq asmamısan. Mən oxuduğum mahnıların adlarını çəkmək istəmirəm. Çünki həmin mahnıları xalq özü çox gözəl bilir”. 
Cəmilə “Oğlun Rəvanın bütün mahnıları hitdir. O öz üzərində çalışır. Amma sən, Elşad, gecə-gündüz toylardasan. Toy hər zaman var. Hər zaman da olacaq. Mənim hər gün toyum var. Amma mən məclislərə yarım saat gedirəm. Bütöv toy aparmıram” sözlərini dilə gətirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO