"Ağsaqqal"ın səhhətində problem var: "Hazırda donor axtarışındayam" - VİDEO

Hazırda oxunan: "Ağsaqqal"ın səhhətində problem var: "Hazırda donor axtarışındayam" - VİDEO
187346
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var".

Bizim.Media xəbər verir ki, bu sözləri "Ağsaqqal" obrazı ilə ölkədə məşhurlaşan aktyor Azər Baxşəliyev qonaq olduğu "Qapqara" verilişində deyib.

Azər bildirib ki, ona uyğun olacaq hazırda donor axtarışındadır:

"Hazırda səhhətimin pis olmasını bacardığım qədər biruzə verməməyə çalışıram. Amma efirdən görünür. Hazırda donor axtarışındayam. Tapıldıqdan sonra qarşıdakı aylarda əməliyyat olunacağam. Əvvəllər donor olmaq üçün qohum olmaq lazım idi, indi isə belə bir şey yoxdur".
Qeyd edək ki, A.Baxşəliyev Xəzər televiziyasında yayımlanan "Zarafat bir yana" verilişinin aparıcısıdır.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO