Elnarə: “Hamının acığına Röya ilə düşmən olmayacam” – VİDEO 

Hazırda oxunan: Elnarə: “Hamının acığına Röya ilə düşmən olmayacam” – VİDEO 

186223

“3-4 ay əvvəl həmkarlarım Röya Ayxan və Natavan Həbibi üzvü olduğumuz keçmiş “W-trio”qrupundakı çıxışımızın arxiv videosunu sosial şəbəkə hesablarında paylaşmışdılar. Mənim adımı da həmin videoya əlavə etmişdilər. Mən də o videonu səhifəmdə “repost” edib yazdım ki, “Qızlar, məni kövrəltdiniz. Sizi sevirəm”. Bu, hisslərimdir. Bu hiss ya var, ya da ki, yoxdur. Bu hiss var. Onun da adı sevgidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Röyadan Elnarəyə: “Ailəm sənin haqqımda dediklərindən stress keçirir” - VİDEO


Sənətçi aralarında qalmaqal yaşadığı Xalq artisti Röya Ayxanın “Bir gün Elnarə ilə üzbəüz gələndə yapışacağam onun boğazından ki, harada və kimlə danışıb ki, mənim onunla ədavətim var. Qətiyyən bu, belə ola bilməz. Mənim üçün Elnarə əzizdir. Heç kim də bizim münasibətlərə qarışmasın. Özümüz bilərik. Elnarə mənim özümünküdür də.

Ona qarşı heç bir neqativ hissim yoxdur. Onun dediklərini çox rahat qəbul edirəm” sözlərinə belə münasibət bildirib: 

“Hər zaman müsahibələrimdə deyirəm ki, Röya və Natavan “W-trio” vaxtında necə yaddaşımda qalıblarsa, indi də elədir. Bir qabdan yemək yeməyimiz, bir yastığa baş qoymağımız, tonlarla çörək kəsməyimiz. Bu, elə-belədən deyil. Röyanın sözünə qüvvət deyim ki, onunla mənim aramda heç bir şeyin ədavəti və kini-küdurəti ola bilməz. Biz düşmən deyilik ki... Mən efirdən istifadə edib, Röyaya təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də... Həmçinin mənim ətrafımda olan ikiüzlü, satqın, yaltaq insanlara qarşı Röya bu sözləri ilə mənim gözlərimi açdı.

Röya, çox sağ ol və nə yaxşı ki, varsan. Yaxşı ki, zamanında mən belə şeylərə gözümü açıram. Mənim gözlərimdə hər zaman çəhrayı eynək olub. Mən heç zaman insanlarda, hətta varsa belə, eybəcərliklərini və o pisliyi görmək istəmiyən biriyəm. Hər zaman “happy end”ə (xoşbəxt sonluq) inanan insanlardan biriyəm. Hesab edirəm ki, bu sənət nə qədər var və nə qədər yaşayacaq o qədər də Röya, Elnarə və Natavan “trio”su yaşayacaq.

Biz əsla düşmən deyilik. Ola bilər ki, biz dost da deyilik. Hazırda münasibət yoxdur və bir-birimizin evinə gedib-gəlmirik. Hələki yoxdur...

Sözüm arada gəzən insanlaradır – Çox çalışdınız, əlləşib-vuruşdunuz ki, mənimlə Röyanın arasını vurasınız, bizi bir-birimizə düşmən edəsiniz. Hər şeyə və hər kəsə inad Röya ilə düşmən olmayacağam. Elə bax, sizin acığınıza! O arada qalan insanlar var ki, hansılar ki, özlərinə yer tapa bilmirlər, hamam suyu ilə özlərinə dost tutanlar, siz heç bir şey edə bilmədiniz. Bizim çox gözəl münasibətimiz olacaq. Bu səhnəyə və bu sənətə meydan oxuyacayıq. Bir yerdə gözəl layihələrə imza atacayıq. Pislik isə sizin özünüzə qaldı”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO