Efirdə Hüseyn Dərya ilə bağlı sual Kənan Mahmudovu kövrəltdi - VİDEO

Efirdə Hüseyn Dərya ilə bağlı sual Kənan Mahmudovu kövrəltdi - VİDEO

Hazırda oxunan: Efirdə Hüseyn Dərya ilə bağlı sual Kənan Mahmudovu kövrəltdi - VİDEO

185070

Rejissor və aktyor Kənan Mahmudov efirdə kövrəlib. 

Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu “Zarafat bir yana” verilişində mərhum repçi Hüseyn Dərya ilə bağlı sual olub. 

“Uzun illər sağlığında repçi Hüseyn Dərya ilə dost olmusunuz. Onun itkisinin sizi bir dost kimi necə üzdüyünü gördük. Hazırda onu canlı görsəydiniz və bir cümlə ona söz demək kimi şansınız olsaydı, bu hansı cümlə olardı?” sualı Kənana ünvanlanıb. 
Bunu eşidən Mahmudov kövrələrək, gözləri dolub. O, bir az düşündükdən sonra “Bilmirəm... Yəqin ki, qucaqlaşardıq” sözlərini dilə gətirib. 

Qeyd edək ki, 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o, dünyasını dəyişib. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO