Nadir AĞLADI: “Ata çörəyi yeməmişəm, çox əziyyətlər çəkmişəm” – VİDEO 

Nadir AĞLADI: “Ata çörəyi yeməmişəm, çox əziyyətlər çəkmişəm” – VİDEO 

Hazırda oxunan: Nadir AĞLADI: “Ata çörəyi yeməmişəm, çox əziyyətlər çəkmişəm” – VİDEO 

177912

“Ailədə səkkiz uşaq olmuşuq. Kiçik yaşlarında uşaqlardan biri dünyasını dəyişib. Biz yeddi uşaq qaldıq. Atamı tez itirdik və anam bizi tək başına böyütməyə başladı. Məktəbə şəkillərimizi çəkməyə fotoqraf gəlirdi. Amma pul olmurdu ki, digər qardaş-bacılarımın fotosunu çəkməyə (kövrəlir). Demək olar ki, uşaqlıq, məktəb şəkillərim yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün 53 yaşını qeyd edən müğənni Nadir Qafarzadə qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi uşaqlıq illərində yaşadığı acı dolu xatirələri yada salaraq, göz yaşlarına boğulub: 

“Gördüyünüz bu şəkli isə çəkdirməyə anam təklif etdi. O məni “Təzə bazar” tərəfdə foto atelyelərin birinə apardı. Onda heç bilmirdim ki, şəkil çəkdirmək üçün poz vermək lazımdır. Elə sadə əyləşdim və şəklimi çəkdilər. Demək olar ki, o illərdən bəri bu günə kimi bir sıra arzularım yerinə yetib. Mən uşaqlıqda çox əziyyət çəkdim. Ata qayğısı görməmişəm. Ata çörəyi yeməmişəm. Tale elə gətirdi ki, bizi anamız böyütdü.

Atamı çox xatırlamıram. Yadımda qalan atamın məni “Pioner evi”nə gətirməsi oldu. 1982-ci ildə məni ora gətirdi, bir il sonra isə o, dünyasını dəyişdi. Bundan sonra bütün yük təhsilsiz qadının, anamın çiyinlərinə düşdü. O, 7 uşağı dolandırmalı idi. Bu, asan məsələ deyildi. İndi valideynlər heç 2 uşağı saxlaya bilmir. Hər şey problemdir.

Olub ki, bacılarım gözləyirdi ki, digər bacıları dərsdən gəlsin, onların geyimlərini geyinsinlər və məktəbə getsinlər. Anam çatdırmırdı... İndi bəzi qadınlar var, deyirlər ki, uşağıma görə bəzi yollara düşdüm. Bəs, bizim analarımız niyə o yollara düşmədi? O zamanlar hər şey çətin idi. İndi isə hər şey asanlaşıb.

Nə uşaq bezi, nə paltar yuyan, nə qab yuyan, nə də tozsoran var idi. O zaman hər şeyi analarımız əlləri ilə edirdilər. Bəli, belə fədakar analar vardı. Mən anamın əziyyətlərini unutdurmağı çatdırmadım. Çünki təzə-təzə əlim çörəyi çatırdı və o zaman artıq anam dünyasını dəyişdi. O, rəhmətə gedəndə bütün digər övladlarını mənə tapşırdı.
Baxmayaraq ki, mən evin 6-cısı idim, o söylədi ki, sən güclüsən və hər şeyin öhdəsindən gələcəksən. Mən qardaşımın da yanındayam. Bacım belə xərçəngdən dünyasını dəyişəndə dedi ki, uşaqlarımı sənə tapşırıram (ağlayır). Hamı övladlarını mənə tapşırır. Şükür ki, Allah mənə o yükü daşımağa güc və ruzi verir. Bayramlar olanda bank kartımda pul qalmır. Hamısını yardıma “dağıdıram” (xərcləyir – red.). Bəzən olur ki, çatdırmıram. Mənə sosial şəbəkələrdən də yardım üçün yazanlar olur. Çalışıram, onlara da kömək edim. Amma onlar elə düşünürlər ki, biz milyonçuyuq. O pullar havayı gəlir. Amma mən bacardığım qədər onlara da kömək edirəm. İnsanıq, ürəyimlə bacarmıram”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO