Bəhram Aygün Bəylərə kitab HƏSR ETDİ – FOTO 

Bəhram Aygün Bəylərə kitab HƏSR ETDİ – FOTO 

Hazırda oxunan: Bəhram Aygün Bəylərə kitab HƏSR ETDİ – FOTO 

177814

Yazıçılar Birliyinin üzvü, Əməkdar artist Bəhram Bağırzadə mərhum Əməkdar artist Aygün Bəylərə kitab həsr edib. 

Bizim.Media xəbər verir ki, bu haqda aktyor sosial şəbəkə hesabında məlumat yayıb. 

Bağırzadə bildirib ki, kitab mərhum sənətçinin vəfatından 40 gün keçməyinə həsr edilib: 

"Fevralın 14-də Aygün Bəylərin dünyasını dəyişməyinin 40 günüdür. Yaradıcı kollektivimiz söz vermişdi ki, “Muğam tarixi” kitabını həmin üzücü gündə bir neçə dildə təqdim edəcək. İnşallah, bu kitab fevralın 14-də işıq üzü görəcək. Aramızdan erkən ayrılan sevimli xanəndəmizin mübarək xatirəsinə ithaf etdik. Allah rəhmət eləsin". 

Qeyd edək ki, Aygün Bəylər bu ilin yanvarında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Müğənni xərçəng xəstəliyindən əziyyət çəkirdi. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO