Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin səhhəti daha da pisləşib - FOTO

Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin səhhəti daha da pisləşib - FOTO

Hazırda oxunan: Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin səhhəti daha da pisləşib - FOTO
176561
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son zamanlar dünyaca məşhur Hollivud aktyoru Brus Uillisin səhhəti ilə bağlı xəbərlər heç də ürəkaçan deyil. Demensiya xəstəliyindən əziyyət çəkən əfsanəvi aktyorun vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Belə ki, bir neçə ay əvvəl 13 il evli olduğu və boşandıqdan sonra da dost münasibətində qaldığı keçmiş həyat yoldaşı, dünya şöhrətli aktrisa Demi Muru artıq tanımır. Lakin aktrisa bu dəyişiklikləri qətiyyətlə qəbul edir.

Bizim.Media xəbər verir ki, Demi qızlarının sağalmaz xəstə atası ilə hər anından həzz almağa kömək edən sosial şəbəkə hesabında diqqət çəkən post paylaşıb.

İndi bütün ailə üzvləri mümkün qədər tez-tez aktyorun yanında olmağa çalışırlar. Belə ki, sözügedən postda Brus Deminin kiçik qızlarının 30 illik yubileyi şərəfinə bir araya gəliblər. Aktrisa restoranda əyləncəli şənlikdən görüntüləri və keçmiş əri və ad gününü qeyd edən qızı ilə birgə çəkilmiş yeni fotosunu yayımlayıb. 
Qeyd edək ki, Uillisin dəhşətli xəstəliyi ilk dəfə 2022-ci ilin yazında məlum olub. Aktyorda frontotemporal demensiya yaranıb. Uillisin qohumları bu ilin onun üçün sonuncu ola biləcəyindən narahatdırlar. Aktyorun vəziyyəti günü-gündən pisləşir. Belə ki, o, artıq oxuya bilmir və danışıq qabiliyyətini itirib.

Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin səhhəti daha da pisləşib - FOTO - foto 1

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO