Manaf Ağayev: “Şəxsiyyətimə əl uzadanın gözünü çıxardaram” - VİDEO

Hazırda oxunan: Manaf Ağayev: “Şəxsiyyətimə əl uzadanın gözünü çıxardaram” - VİDEO

165404

“Bir Allah şahiddir ki, bəlkə də yer üzündə mənim kimi kövrək, ürəyi təmiz ikinci adam ola bilməz. Bunu mən deyirəm və altından da xətt çəkirəm. Amma kişiliyimə, şəxsiyyətimə əl uzadanın basıb gözünü çıxardaram”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “YouTube”-da yayımlanan “Mirinin dibçəyi” layihəsində deyib. 

Sənətçi illər əvvəl “Yalan-doğru” verilişində aparıcı ilə arasında yaşanan qalmaqala ilk dəfə münasibət bildirib: 

“Sən mənimlə oturmusan, məni tanıyırsan və buna uyğun sual verməlisən. Canlı efirdir, sən aidiyyəti olmayan bir sual verirsən. Dostlarım, bacılarım, ailəm, qohumlarım baxır. Hamı Manafı başqa cür tanıyır. Sən mənə ləkə yaxırsan, xələl gətirirsən. Yerində cavabını verməliyəm, düşənməməliyəm nə baş verər, hansı nəticə ilə bitər. O sonranın işidir. Onlar da bilir, əsəbiyəm, qıcıqlanaram, vura bilərəm. Amma haqqına”. 

Ağayev özündən yaşca və səviyyəcə kiçik olan şəxslərdən üzr istəmək xüsusiyyətinin də olduğunu vurğulayıb: 

“Elə bir xasiyyətim var ki, özümdən qat-qat aşağı, səviyyəsiz insandan üzr istəyərəm ki, səhv etmişəm. Mən belə bir insanam, səhvimi boynuma alan adamam. Həmişə kasıbın, imkansızın, zəifin yanında olmuşam”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO