Hüseyn Həsənov gənc kuryerin arzusunu GERÇƏKLƏŞDİRDİ – VİDEO 

Hüseyn Həsənov gənc kuryerin arzusunu GERÇƏKLƏŞDİRDİ – VİDEO 

Hazırda oxunan: Hüseyn Həsənov gənc kuryerin arzusunu GERÇƏKLƏŞDİRDİ – VİDEO 

155337

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov nümunəvi addım ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, Həsənov Moskvada kuryer kimi çalışan gənc oğlanın arzusunu gerçəkləşdirib.

Dəbdəbəli avtomobilində kuryerlə birgə yol gedərkən Hüseyn gəncdən ən böyük arzusunun nə olduğunu soruşub.

Oğlan cavabında ən böyük arzusunun valideynlərini Həcc ziyarətinə göndərmək olduğunu bildirib. Bunun üçün isə o, gecə və gündüz çalışaraq lazım olan 500 min rubldan (təxminən 8800 manat) 300 min rubl (təxminən 5280 manat) topladığını açıqlayıb. 
Gəncin bu cavabından sonra bloqer ondan bank kartının nömrəsini ona göndərməsini xahiş edib. İrəliləyən dəqiqələrdə Hüseyn məbləğin tam olması üçün çatışmayan 200 min rublu (təxminən 3520 manat) bank hesabına göndərib. Həmin anları isə Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Onun bu addımı isə izləyiciləri tərəfindən böyük rəğbət və bəyənmə ilə qarşılanıb.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO