Rozanın aktyor oğlu Corcun başı dərddə:

Rozanın aktyor oğlu Corcun başı dərddə: "Sosial şəbəkələri bloklanıb" - VİDEO 

Hazırda oxunan: Rozanın aktyor oğlu Corcun başı dərddə: "Sosial şəbəkələri bloklanıb" - VİDEO 
154894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarovun başına xoşagəlməz hadisə gəlib.  

Bizim.Media xəbər verir ki, Corc "TikTok" sosial şəbəkə platfoması vasitəsilə videomüraciət yayımlayıb.  

Qafarov bildirib ki, o, Sankt-Peterburqdan Bakıya gələr-gəlməz telefonunu aktiv edən kimi, onun "Instagram" sosial şəbəkə platformasındakı səhifəsi və "Whatsapp"dakı hesabı bilinməyən səbəblərə görə bloklanıb.  

Bu hadisədən sonra aktyor "Instagram"da yenidən ikinci səhifə açsa da, onun bu səhifəsi də bloklanıb.  

Aktyor yaxınlarına və dostlarına yayımladığı videomüraciətdə bildirib ki, onunla əlaqə saxlamaq üçün şəxsi nömrəsinə zəng vursunlar və ya "TikTok" və "Telegram" vasitəsi ilə mesaj yaza bilərlər.  
Videomüraciətinin sonunda Corc iddia edib ki, onun başına gələn bu hadisələr məhz Peterburqda çəkildiyi çoxserialı ekran işindən sonra baş verib.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO