Mehinin ABŞ-da yaşayan bacısı Günel ilə İtaliyada qızmar TƏTİLİ - VİDEO

Mehinin ABŞ-da yaşayan bacısı Günel ilə İtaliyada qızmar TƏTİLİ - VİDEO

Hazırda oxunan: Mehinin ABŞ-da yaşayan bacısı Günel ilə İtaliyada qızmar TƏTİLİ - VİDEO

146720

Aparıcı və müğənni Mehin Hümbətova anası və uzun aradan sonra ABŞ-da yaşayan bloqer bacısı Günel Hümbətova və onun qızı Jozefina ilə bir araya gəlib.

Bizim.Media xəbər verir ki, onlar istirahət üçün çoxsaylı turistin axın etdiyi İtaliyanın cənubunda qayalı yamaclarda yerləşən Positano adlı kəndinə yollanıblar.

Havanın hədsiz isti olduğunu bildirən Mehin Positanonun mərkəzi küçələrini qarış-qarış gəziblər. Bundan başqa Hümbətova yerli mətbəxin dadından doya bilmədiyini və təamlarının olduqca ləzzətli olduğunu vurğulayıb. 

Anası, bacısı və bacısı qızı ilə hələ bir neçə gün İtaliyada qalacağını söyləyən Mehin tətillərinin əyləncə dolu anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, illər əvvəl teleradio aparıcısı kimi fəaliyyət göstərən Günel Hümbətova iş adamı Firuz Soliyevlə ailə qurduqdan sonra ABŞ-a köçüb. Cütlüyün Jozefina adlı bir qız övladı var. Bir neçə ay əvvəl isə Günel həyat yoldaşı Firuzla ayrıldığını və rəsmi şəkildə boşandığını açıqlamışdı. Mehin Hümbətova isə subaydır. 
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO