Nadir:  “Gəlinim gündə üç dəfə halımı, yemək yediyimi soruşur” - VİDEO

Nadir:  “Gəlinim gündə üç dəfə halımı, yemək yediyimi soruşur” - VİDEO

Hazırda oxunan: Nadir:  “Gəlinim gündə üç dəfə halımı, yemək yediyimi soruşur” - VİDEO
135028
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qızım yoxdur, amma çox istərdim ki, olsun. Qız övladlarını çox sevirəm. Balaca qız övladı görəndə deyirəm ki, kaş belə qızım olardı. Əslində bir qızım olub, amma tələf olub. 1993-cü ildə ailə qurmuşam. Bir il sonra 1994-cü ildə qız övladım oldu, amma tələf oldu. Sonra bir oğlum oldu, o da tələf oldu. İndi iki oğlan övladım üçüncü, dördüncü uşaqlarımdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Gündən günə” verilişində deyib. 

Gəlini Əntiqədən söz açan sənətçi, onun müsbət xüsusiyyətlərindən danışaraq, təriflərə qərq edib: 

“Hərdən deyirlər ki, kürəkəndən oğul olmur, gəlindən qız. Deyəsən mənim o sayədən bəxtim gətirib. Gəlinim mənim qızımdır. Gündə üç dəfə halımı, yemək yediyimi soruşur. Oğlum həyat yoldaşı ilə bizdən ayrı yaşayır. Hətta mənə deyir ki, evə gedəndə bizə də xəbər edin ki, biz rahat olaq. Yemək bişirir, bizə evə göndərir. Yəni o yeməyi ona görə göndərir ki, baxın görün bu təamı necə bişirirəm. Evlərinə də gedəndə oğlum bir yana, gəlinim bir yana, əl-ayağa düşürlər. Halal südəmən, qanı təmiz olmaq başqadır. Əsas gen məsələsidir”. 
Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün Loğman və Əziz adlı iki oğlan övladı var.   
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO