Rusiyada qalmaqallı azərbaycanlı tutuldu

Rusiyada qalmaqallı azərbaycanlı tutuldu

Hazırda oxunan: Rusiyada qalmaqallı azərbaycanlı tutuldu

59185
Rusiyada 10 yaşlı uşaq özünü yaşadığı binanın 13-cü mərtəbəsindəki eyvandan atıb.Məlumata görə, biri azərbaycanlı olan iki 4-cü sinif şagirdinin mübahisəsi uşaqlardan birinin ölümünə səbəb olub. 

Belə ki, belə ki, bir neçə gün öncə ölən uşağın sinif yoldaşı məktəbdə onu incitdikləri ilə bağlı atasına şikayət edib. Oğlu ilə məktəbə gələn kişi ona sataşanı tapıb və onunla danışıb. 

Bundan bir neçə saat sonra 10 yaşlı rusiyalı intihar edib. Uşağın asfalt üzərindəki meyitini yoldan keçənlər tapıblar. Onlar dərhal təcili yardıma zəng etsələr də, həkimlər heç nə edə bilməyiblər. 

Polis dərhal onun sinif yoldaşının atasını tapıb. Bu 36 yaşlı Azərbaycan vətəndaşı olub.O, Tula vilayətində qeydiyyatdadır. Adı açıqlanmayan şəxs iki sutka saxlanılıb. İntihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə onu 5 il azadlıqdan məhrumetmə gözləyə bilər. 

İndi polis intiharın səbəblərini dəqiqləşdirməyə çalışır. (anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO