Vüsal Şilderin qətli ilə bağlı daha bir həbs

Vüsal Şilderin qətli ilə bağlı daha bir həbs

Hazırda oxunan: Vüsal Şilderin qətli ilə bağlı daha bir həbs

35507

Alman vətəndaşı Vüsal Şilderin ölümündə adı hallanan daha bir şəxs həbs olunub. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, daha əvvəl də Vüsal Şilderin qətlində şübhəli kimi mətbuatda adı çəkilən İlham Zahid oğlu Məmmədov saxlanılıb. 

Qeyd edək ki, polis zabiti İlham Məmmədovun həbs olunması üçün haqqında axtarış elan olunmuşdu. Onun daha əvvəl interpolun xətti ilə axtarışa verilən və həbs olunan Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadə ilə yaxın dost olduqları, eləcə də Ağayevin sağ əli olduğu bildirilir. 

Ailə-məişət zəminində baş verən cinayət hadisəsində indiyə qədər şübhəli şəxs qismində Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərov, Ağdaş rayon sakini Rüfət Zakirov, həmçinin Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.

Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO