Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO

Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO

Hazırda oxunan: Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
624476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazax şəhərinin mərkəzində qeyri-adi mənzərə müşahidə olunub.

Bizim.Media xəbər verir ki, şəhərin müxtəlif ərazilərində yerləşən hündür ağacları yüzlərlə ağ vağ quşunu yuvasına çevrilib.
 

Bununla bağlı Qazax sakinləri sosial şəbəkələrdə foto paylaşaraq bildiriblər ki, indiyədək şəhərdə belə kütləvi quş toplaşmasına rast gəlinməyib. Sakinlərin sözlərinə görə, əvvəllər şəhərdə əsasən qarğalar üstünlük təşkil edirdi. Lakin son vaxtlar qarğaların sayı nəzərəçarpacaq dərəcədə azalıb, əvəzində ağ vağların kütləvi şəkildə şəhərə axını müşahidə olunur.


"Nə səslərindən, nə də ətrafı çirkləndirmələrindən yer tapıb rahat istirahət edə bilmirik. Görünür, haradasa təbiətin balansı pozulub, ona görə də belə kütləvi artım baş verir", – deyə sakinlərdən biri paylaşımında qeyd edib.

Digər sosial media istifadəçiləri isə bu quşların qida rasionunda da dəyişiklik yarandığını iddia edirlər. Onların sözlərinə görə, ağ vağlar artıq meyvə, xüsusilə də üzüm yeməyə başlayıblar.

"Hələ üzüm mövsümü gəlsin, onda bağlara hücum edib-etməyəcəklərini görəcəyik", – deyə istifadəçilər yazıblar.

Qeyd edək ki, ağ vağlar əsasən göllər, çaylar, bataqlıqlar, qamışlıqlar və su anbarlarının sahillərində yaşayan su quşlarıdır. Azərbaycanda onlara daha çox Ağgöl və Qızılağac milli parklarında, eləcə də Kür və Araz çaylarının sahillərində rast gəlinir.

Bu quşlar əsasən balıq, qurbağa, xərçəngkimilər, həşəratlar və digər kiçik su canlıları ilə qidalanırlar. Uçarkən boyunlarını "S" formasında bükmələri onları leyləklərdən fərqləndirən əsas əlamətlərdən biridir. (Musavat.com)

Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO