Bayram Səfərovun bacısına vəzifə verildi

Bayram Səfərovun bacısına vəzifə verildi

Hazırda oxunan: Bayram Səfərovun bacısına vəzifə verildi

624525

Kəmalə Səfərova Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Bizim.Media “qaynarinfo.az”a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Kəmalə Səfərova uzun illər Bakının Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. O, ötən ilin may ayında istifadəyə verilən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə rəhbərlik etmək üçün fəaliyyətini bundan sonra Şuşa şəhərində davam etdirəcək. 

Bakıda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasına isə müəssisənin baş həkimi Mətanət Bünyadova rəhbərlik edəcək.

K.Səfərova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO