Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Hazırda oxunan: Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

624564

Norveç millisi ilə möcüzələr yaradan Erlinq Haland gündə təxminən 6 min kalori istehlak edir və 1.95 metrlik nəhəng fizikasını qidalandırmaq üçün hər gün 6 dəfə yemək yeyir. Qidalanma rasionuna toyuq, makaron, biftek, balıq, yumurta, tərəvəz, içalat, çiy süd və bal daxildir. O, həmçinin şəkərli qəlyanaltılardan uzaq durur və əsasən su içməyə üstünlük verir.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, Haland yuxu keyfiyyəti üçün mavi işıq əleyhinə eynək taxır və dodaqlarını bantlayır.

Haland hər gün 300 şınav və 1000 qarın əzələsi məşqi edir, buz vannası və sauna qəbul edir.

FIFA 2026 Dünya Kubokunda Norveç milli komandasının heyətində əsl fırtına əsdirən 1.95 sm-lik Erlinq Haland rəqib qapılarına düz 7 dəfə qol vuraraq ölkəsini dörddəbir finala daşımağa müvəffəq olub. 25 yaşlı super hücumçunun bu uğurunun arxasında  qeyri-adi həyat tərzi dayanır.

Yuxunu həyatın və yenilənmənin ən vacib ünsürü hesab edən Haland, bu mövzuda olduqca radikal üsullar tətbiq edir. Keyfiyyətli yuxuya gedə bilmək üçün axşamlar süni işığın zərərli təsirlərindən qoruyan "mavi işıq əleyhinə eynəklər" taxır.

O, həmçinin yuxu zamanı yalnız burnundan nəfəs almağı təmin etmək və oksigen qəbulunu maksimuma çatdırmaq üçün dodaqlarını xüsusi bir lentlə yapışdıraraq yatır.

Digər tərəfdən, Norveç Milli Komandasının keçmiş oyunçusu Coşua Kinq Halandın qidalanması haqqında danışaraq, "Onun qədər yemək yeyən birini heç görməmişəm. Ayı kimi yeyir" dedi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO