Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Hazırda oxunan: Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU
624512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Federasiyadan verilən məlumata görə kişi şahmatçılardan ibarət yığmaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.
 

Qadın şahmatçılardan ibarət komandada isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Nicat Abasov olacaq. Tanınmış şahmatçı Qədir Hüseynov isə məşqçi kimi yığmaya köməklik göstərəcək.


Hər iki komanda təlim-məşq toplanışına cəlb olunacaq. Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO