İyulun 10-da Ermənistanın Tavuş vilayətində çaydan 19 yaşlı hərbçinin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, "Shamshyan.com"un verdiyi məlumata görə, saat 14:50-də xilasedicilərə sakinlər tərəfindən Getahovit kəndində bir nəfərin Xaçaxpyur çayına düşməsi barədə məlumat daxil olub.
Xilasedicilər gələnə qədər vətəndaşlar çaya düşdüyü ehtimal edilən yerdən təxminən 800 metr aralıda 19 yaşlı Erik S.-nin meyitini sudan çıxarıblar.
İlkin məlumatlara görə, o, ehtiyatsızlıqdan çaya yıxılıb və bu zaman yıxılaraq başını daşa vurub.
Faktla bağlı cinayət işi başlanıb.
Saytın məlumatına görə, boğulan gənc Ermənistan Müdafiə Nazirliyinin "Vətən müdafiəçisi" proqramı üzrə müqaviləli hərbi qulluqçusu olub.
Bizim.Media

- A-
- A
- A+
Region
18:33 / 10.07.2026
Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI
Hazırda oxunan: Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI
Hazırda oxunan: Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI
624507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































