Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Hazırda oxunan: Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

624506

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında cinayətkarlığa qarşı mübarizə və hüquqi əməkdaşlıq çərçivəsində növbəti ekstradisiya proseduru uğurla həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri əsasında həmin ölkənin vətəndaşları – 1981-ci il təvəllüdlü Raxmatullo Nomancanoviç Mirzaalimov və 1976-cı il təvəllüdlü Azamatcon Abduqapparoviç Toxtasinovun cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə ekstradisiyası Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
 

İstintaq materiallarına əsasən, adıçəkilən şəxslər Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, eləcə də ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməkdə təqsirləndirilirlər. Bu səbəbdən onlar beynəlxalq axtarışa elan edilmişdilər.


Təqsirləndirilən şəxslər 2026-cı ilin aprel ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq onların ekstradisiyası barədə qərarlar qəbul edilib.

Daha sonra təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO