Rusiyadan ABŞ və İrana: “Birtəhər çıxış yolu tapmalıdırlar”

Rusiyadan ABŞ və İrana: “Birtəhər çıxış yolu tapmalıdırlar”

Hazırda oxunan: Rusiyadan ABŞ və İrana: “Birtəhər çıxış yolu tapmalıdırlar”

624504

ABŞ və İran ortaq dil tapmalı və münaqişənin nizamlanması istiqamətində ciddi işə başlamalıdırlar.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton və Tehran vəziyyətdən birtəhər çıxış yolu tapmalıdırlar, əks halda şərait son dərəcə gərgin, qeyri-sabit və təhlükəli olacaq.

"Biz tərəflərin ortaq dil tapmasının və ciddi işə başlamasının tərəfdarıyıq. Hələlik isə bu ciddi iş ya başlamır, ya da heç bir ciddi əsas olmadan yarıda kəsilir. Bütün bunlar nədənsə çox qeyri-ciddi görünür", - deyə daimi nümayəndə bildirib.

O əlavə edib ki, Rusiya tərəfi vəziyyətin düzələcəyinə ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO