90 il sonra YENİDƏN - 7 min illik yaşayış məskəninin sirləri AÇILIR – FOTO/VİDEO

90 il sonra YENİDƏN - 7 min illik yaşayış məskəninin sirləri AÇILIR – FOTO/VİDEO

Hazırda oxunan: 90 il sonra YENİDƏN - 7 min illik yaşayış məskəninin sirləri AÇILIR – FOTO/VİDEO

624477

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində, Azərbaycan–İran sərhədinə yaxın yerləşən Şahtaxtı arxeoloji abidələr kompleksində bu il də tədqiqat işləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, arxeoloqlar qədim yaşayış məskəninin tarixini üzə çıxarmaq üçün növbəti qazıntı mövsümünə başlayıblar.
 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji Texnologiyalar və Ölçü-Layihə şöbəsinin müdiri, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyir ki, Şahtaxtı təkcə Azərbaycanın deyil, Cənubi Qafqaz və Yaxın Şərqin də ən qədim arxeoloji abidələrindən biridir.


Ekspedisiya rəhbərinin sözlərinə görə, abidə ilk dəfə 90 il əvvəl görkəmli arxeoloq Ələsgər Ələkbərov tərəfindən tədqiq olunub. Həmin qazıntılar zamanı qızıl toqqa, zoomorf formalı nümunələr, eləcə də üzərində təbiət və heyvan təsvirləri olan unikal keramika qablar aşkar edilib.

1936-cı ildən sonra burada bir neçə dəfə arxeoloji tədqiqat aparılsa da, kompleks tam şəkildə öyrənilməyib.

Hazırda davam etdirilən qazıntılar qədim yaşayış məskəninin tarixi və bölgənin mədəni irsi ilə bağlı yeni elmi faktların üzə çıxarılmasına xidmət edir.

Alimlərin qənaətinə görə, Şahtaxtı abidəsinin tarixi təxminən 7 min il əvvələ gedib çıxır. Aparılan tədqiqatların bu qədim yaşayış məskəni haqqında yeni elmi məlumatlar ortaya qoyacağı gözlənilir.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO