Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Hazırda oxunan: Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

624526

Almaniyaya uçan “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsində insident baş verib. Uçuş zamanı qırılan pəncərə sərnişini hava boşluğuna çəkib.

Bizim.Media “The Independent” qəzetinə istinadla xəbər verir ki, reys zamanı pəncərənin qəfil yerindən çıxması nəticəsində 61 yaşlı Serbiya vətəndaşı çiyinlərinədək təyyarədən xaricə dartılıb.

Hadisə bu gün səhər saatlarında Salonikidən (Yunanıstan) Almaniyanın Memmingen şəhərinə həyata keçirilən uçuş zamanı qeydə alınıb.
 

Şahidlərin sözlərinə görə, qorxu dolu anlar yaşanarkən kişinin həyat yoldaşı cəld tərpənərək təxminən beş dəqiqə ərzində onu saxlaya bilib və təyyarədən yıxılmasının qarşısını alıb. Daha sonra digər sərnişinlərin də köməyi ilə zərərçəkmiş yenidən göyərtəyə çəkilib.


Güclü hava axını və sürtünmə nəticəsində müxtəlif bədən xəsarətləri alan sərnişinə dərhal tibbi yardım göstərilib.

Hazırda insidentin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO