Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirdi – FOTO

Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirdi – FOTO

Hazırda oxunan: Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirdi – FOTO
624481
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib.

Tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələsi ilə tanış etmək, innovasiya və süni intellekt sahəsində mövcud imkanlar, gələcək inkişaf istiqamətləri və proqram çərçivəsində yaradılan perspektivlər ətrafında fikir mübadiləsi aparmaq olub.

Görüş zamanı iştirakçılar Bakcell və Gənclər Fondunun gənclərin innovasiya potensialının inkişafına yönəlmiş strateji yanaşmaları barədə ətraflı məlumat əldə ediblər.

Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramı ölkədə dayanıqlı innovasiya mühitinin inkişafını təşviq etməklə yanaşı, texnologiya sahəsində yüksək potensiala malik gənclərin yetişdirilməsinə və gələcəyin rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına dəstək göstərir.

Qeyd edək ki, təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub. Çoxmərhələli seçim prosesini uğurla tamamlayan 25 gənc təqaüd qazanıblar. Proqram müddətində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə tədris prosesinə cəlb olunacaq, nəzəri bilikləri real təcrübə ilə birləşdirmək imkanı qazanacaq və rəqəmsal transformasiyanın tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis kimi yetişəcəklər.

Bakcell haqqında
 

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.


Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Bakcell və Gənclər Fondu
Bakcell və Gənclər Fondu
Bakcell və Gənclər Fondu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO