40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Hazırda oxunan: 40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

624553

Hindistanda ölkə daxilindəki lüks otellərdə qalan və yaşayış xərclərini ödəməyən bir fırıldaqçı saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Times of India" nəşri yazır.

Söhbət bir sıra dələduzluq əməllərində şübhəli bilinən 69 yaşlı Binqson Condan gedir. Polisin məlumatına görə, o, onilliklər ərzində uydurma adlarla beşulduzlu otellərdə qalıb, orada bir neçə gün yaşayıb, daha sonra isə hesabları ödəmədən yoxa çıxıb.

Con Raypurdakı otellərin birində iki gün yaşadıqdan sonra oradan gizlicə qaçmağa cəhd edərkən saxlanılıb. O, otel heyətindən təcili iş üçün noutbuk istəyib. Daha sonra o həm cihazı götürərək, həm də ödəniş etmədən oteldən qaçıb. Lakin əməkdaşların şikayətindən sonra yaxalanıb.

Polis iddia edir ki, 1990-cı illərin əvvəllərindən bəri Con özünü bələdçi, ingilis dili müəllimi və ya yoqa təlimatçısı kimi təqdim edərək, ondan çox ştatda 300-ə yaxın oteli aldada bilib.

Həmçinin dəqiqləşdirilir ki, fırıldaqçı ömrünün təxminən 15 ilini həbsxanalarda keçirib və türməni özünün "istirahət evi" adlandırıb. Hazırda onun barəsində yeni təhqiqat başladılıb və iştirak etdiyi digər dələduzluq hərəkətləri araşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO