İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

Hazırda oxunan: İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

624510

Əgər İsrail İranın infrastrukturuna hücum edərsə, cavab zərbəsi endirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə İranın dövlət kütləvi informasiya vasitələri məlumat yayıb.

Xəbərdarlıqla İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədr çıxış edib. Onun sözlərinə görə, bu cür hücumlar baş verəcəyi təqdirdə İsrail cavabsız qalmayacaq.

Bu bəyanat son zərbələrdən sonra İran, ABŞ və İsrail münasibətlərində gərginliyin davam etdiyi bir fonda səslənib.

Eyni zamanda gərginliyin azaldılması istiqamətində diplomatik səylər də davam edir. "The New York Times" qəzetinin məlumatına görə, Qətər daha fəsadlı eskalasiyanın qarşısını almaq və tərəflər arasında əlaqə kanallarını qoruyub saxlamaq məqsədilə Vaşinqton və Tehran arasında vasitəçi qismində çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO