Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Hazırda oxunan: Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

624536

İyulun 10-da Kolumbiyanın Milli Günü münasibətilə Bakıda rəsmi qəbul keçirilib.

Bizim.Media AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan və Kolumbiyanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo bildirib ki, Azərbaycan Kolumbiya üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır. 1994-cü ildə diplomatik münasibətlərin qurulmasından ötən dövrdə ölkələr arasında qarşılıqlı hörmətə və konstruktiv dialoqa əsaslanan əməkdaşlıq formalaşıb.

Səfir xatırladıb ki, bu ilin aprelində Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin altıncı raundu keçirilib.

Humanitar, o cümlədən mədəniyyət və təhsil sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini deyən səfir vurğulayıb ki, azərbaycanlı diplomatlar və dövlət qulluqçuları üçün təşkil olunan ispan dili kursları davam etdirilir, qarşıdakı aylarda isə Azərbaycanda Kolumbiya ədəbiyyatı və musiqisinə həsr olunmuş yeni mədəni layihələr həyata keçiriləcək.
 

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev diqqətə çatdırıb ki, iki ölkə arasında münasibətlər qarşılıqlı etimada əsaslanaraq müsbət dinamika ilə inkişaf edir. Bu ilin aprelində Kolumbiyanın xarici işlər nazirinin müavininin Bakıya səfəri çərçivəsində yüksəksəviyyəli görüşlər keçirilib və siyasi məsləhətləşmələrin altıncı raundu baş tutub.


Nazir müavini vurğulayıb ki, parlamentlərarası əməkdaşlıq, həmçinin humanitar əlaqələr Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafına mühüm töhfə verir. Kolumbiyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycanda təşkil olunan ispan dili kursları isə qarşılıqlı anlaşmanın və peşəkar əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Sonra tədbir bədii proqramla davam edib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO