Qazaxda həkimlər arasında bıçaqlanma baş verib

Qazaxda həkimlər arasında bıçaqlanma baş verib

Hazırda oxunan: Qazaxda həkimlər arasında bıçaqlanma baş verib

33027
Qazax rayon Diaqnostika Mərkəzində bıçaqlanma olub.
Moderator.az-ın məlumatına görə, xoşagəlməz olay ötən gün səhər saatlarında qeydə alınıb. Mərkəzdə terapevt işləyən Şahin Həsənov mübahisə zəminində iş yoldaşı, cərrah Vasif Pirvəliyevi bıçaqlayıb. V. Pirvəliyev dərhal mərkəzə yerləşdirilib. Onun vəziyyəti normal kimi qiymətləndirilir. 

Hadisənin dəqiq səbəbi açıqlanmayıb, sadəcə, həkimlərin münasibətlərinin normal olmadığı bildirilib. Qazax rayon Polis Şöbəsindən hadisə ilə bağlı açıqlama verilməsə də, faktla bağlı araşdırma aparıldığı deyilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO