Polis Öcalanı təbliğ edən şəxsi saxladı

Polis Öcalanı təbliğ edən şəxsi saxladı

Hazırda oxunan: Polis Öcalanı təbliğ edən şəxsi saxladı

31699


Üzərində PKK terror təşkilatının başçısı Abdullah Öcalanın şəkli olan köynək geyinərək, terroristbaşını paytaxt Bakıda təbliğ edən Namiq Nəsibov polis tərəfindən saxlanılıb. 
Moderator.az-ın məlumatına görə, bu barədə xəbəri “Türküstan” qəzetinin saytı yayıb. 
Xəbərdə bildirilir ki, Namiq Nəsibov saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.
Bölmədə N.Nəsibova nə üçün terrorçunu təbliğ etməsi, ölkədə və xaricdəki əlaqələri haqda suallar verilib. Polis şöbəsində onunla profilaktik söhbət aparılıb.
Qeyd edək ki, Öcalanın şəkli olan köynəyi geyinən şəxs Namiq Nəsibovdur. O, Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədr müavini vəzifəsindədir. O, Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO