Avropa İttifaqının Azərbaycanla ticarət dövriyyəsi ARTIR 

Avropa İttifaqının Azərbaycanla ticarət dövriyyəsi ARTIR 

Hazırda oxunan: Avropa İttifaqının Azərbaycanla ticarət dövriyyəsi ARTIR 

74738

2021-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15.4 milyard dollar olub. Bu isə Azərbaycanın xarici ticarətində 44 faiz yer tutur. 

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri və səfiri Peter Mixalko Aİ-Azərbaycan Biznes Forumundakı çıxışında deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Avropa şirkətləri Qarabağ və Şərqi Zəngəzurda investisiyalara MARAQLIDIR


O qeyd edib ki, Aİ və Azərbaycan əməkdaşlığı iqtisadi səviyyədə inkişaf etməkdədir: 

“Ticarət dövriyyəsi pandemiyadan əvvəlki vəziyyətindən yaxşılaşır və artır. Kifayət sayda Avropa şirkətləri Azərbaycana maraq ifadə ediblər”. 

Səfir sonra bildirib ki, Aİ Cənubi Qafqazda sülh prosesinə töhfə verməklə, regionda dayanıqlı sülh istəyir və bu sahədə səylər göstərir:

“Bu baxımdan Azərbaycanda minatəmizləmə və yenidənqurma layihələrində iştirak üçün Avropa təşkilatları tenderlər vasitəsilə burada iştiraka maraq göstərirlər. Aİ Azərbaycandakı layihələrə 2 milyard dollar ayırıb. Həmçinin, Avropa İttifaqına üzv ölkələr Azərbaycanla əməkdaşlıqda prioritet sahələr müəyyənləşdirir. Bura ictimai səhiyyə, insan kapitalının artırılması, yaşıl iqtisadiyyat və s. daxildir. 

P.Mixalko enerji sektorundakı əməkdaşlıq məsələlərinə də toxunub və Azərbaycanda biznes mühitinin daha da inkişaf etməsində maraqlı olduğunu vurğulayıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO