“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından ÇIXARILDI

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından ÇIXARILDI

Hazırda oxunan: “Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından ÇIXARILDI

624313

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AZCON Holding şirkətlərindən olan ASCO-nun, eləcə də SOCAR-ın birgə müəssisəsinə məxsus “Aframax” tipli "Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb və ona münasibətdə tətbiq edilmiş sanksiyalar tamamilə ləğv edilib.

Müvafiq qərar Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən 7 iyul 2026-cı il tarixində qəbul olunub.

Məsələnin müsbət həlli Azərbaycan dövləti tərəfindən əlaqələndirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Xatırladaq ki, cari ilin aprel ayında Avropa İttifaqı Şurasının müvafiq qərarı ilə ASCO-ya məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa”, "Qarabağ”, "Xankəndi”" və "Zəngəzur" tankerləri Avropa İttifaqının da sanksiyalar siyahısından çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO