Bakıda əhali ərzaq və içkiyə nə qədər pul xərcləyib? – RƏSMİ

Bakıda əhali ərzaq və içkiyə nə qədər pul xərcləyib? – RƏSMİ

Hazırda oxunan: Bakıda əhali ərzaq və içkiyə nə qədər pul xərcləyib? – RƏSMİ

623570

Bu ilin yanvar-may aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 15 milyard 107,1 milyon manat olub.

Bu barədə Bizim.Media-ya Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 4 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,2 % artaraq 8 milyard 189 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,7 % artaraq 6 milyard 918,1 milyon manat olub.
 

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,9 % artıb.


İstehlak məhsullarının 38,5 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq, o cümlədən 14 milyard 151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2025-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO