Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Hazırda oxunan: Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

621101

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

Bizim.Media xəbər verir ki, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan buğda Böyük Kəsik istiqamətində göndəriləcək.
 

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.


Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur.

İndiyə qədər Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO