Trampın açıqlamasından sonra neft KƏSKİN UCUZLAŞDI

Trampın açıqlamasından sonra neft KƏSKİN UCUZLAŞDI

Hazırda oxunan: Trampın açıqlamasından sonra neft KƏSKİN UCUZLAŞDI

615264

Dünya bazarlarında neft qiymətləri ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı gözləntilər fonunda kəskin enib.

Bizim.Media "BBC" agentliyinə istinadla xəbər verir ki, Brent markalı neftin qiyməti 5,5% azalaraq 97,90 dollar/barel səviyyəsinə düşüb.

ABŞ xam nefti isə 5,9% ucuzlaşaraq 90,93 dollar/barel olub. Eyni zamanda Asiya birjalarında da artım qeydə alınıb.

Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı danışıqlarda “razılaşma üçün ciddi əsasların olduğunu” və tərəflər arasında yaxın zamanda anlaşmanın əldə edilə biləcəyini bildirib.
 

ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkə paylaşımında İran, ABŞ və digər ölkələr arasında “ümumilikdə razılaşdırılmış çərçivənin mövcud olduğunu”, lakin yekun detalların hələ müzakirə olunduğunu qeyd edib.


Mümkün razılaşmanın əsas maddələrindən birinin dünya neft tədarükü üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən açılması olduğu bildirilir. Bu marşrut qlobal neft və mayeləşdirilmiş qazın təxminən beşdə birinin daşınmasında istifadə olunur.

Analitiklər hesab edir ki, razılaşma bazarlarda qısamüddətli rahatlıq yaratsa da, geosiyasi risklər səbəbindən enerji bazarlarında qeyri-sabitlik davam edə bilər.

Qeyd edək ki, İran və ABŞ arasında gərginlikdən sonra enerji bazarlarında ciddi qiymət dalğalanmaları müşahidə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO