Azərbaycanda təbii qaz hasilatı artıb

Azərbaycanda təbii qaz hasilatı artıb

Hazırda oxunan: Azərbaycanda təbii qaz hasilatı artıb

614965

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 16,620 milyard kubmetr təbii qaz hasil edilib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1 milyon kubmetr və ya 0,3 faiz artıb.

Ötən ilin yanvar-aprel aylarında təbii qaz hasilatı 16,566 milyard kubmetr təşkil edib.

Hesabat dövründə 12,987 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,3 milyon kubmetr və ya 0,6 faiz çoxdur.

Ötən ilin yanvar-aprel aylarında ölkədə 12,916 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.

Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO